Banklarda 500 avroya 1 faiz komissiya tutulur

Banklarda 500 avroya 1 faiz komissiya tutulur
10 İyul 2019 11:13

Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu, o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov yazıb. Onun sözlərinə görə, 500 əskinaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka "hədiyyə" etmək məcburiyyətindədir: "Bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı, sadəcə, necə olur-olsun gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əskinaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Banklar heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqlarını müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir".

Ekspert xatırladıb ki, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib: "Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər".


12 İyul 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 12 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

11 İyul 2019
İqtisadiyyat

"Euromoney" Azərbaycan Beynəlxalq Bankını ilin ən yaxşı bankı seçdi!

Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney" jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence" mükafatının təntənəli təqdimatı mərasimində  açıqlanıb.

5 İyul 2019
İqtisadiyyat

Qarabağda “Visa” və “MasterCard” ilə ödənişlər dayandırıldı - Yardım toplayırmışlar

Qarabağda “Visa” və “MasterCard” ilə ödənişlər dayandırıldı - Yardım toplayırmışlar