Aktyor Kənan Yusifov: ""Semaşko"ya ayağınızı belə basmayın!" - VİDEO

Aktyor Kənan Yusifov: ""Semaşko"ya ayağınızı belə basmayın!" - VİDEO
10 İyul 2019 11:22

"Çalışın, xəstələnməyin. Çünki bizim ölkədə xəstələnmək çox böyük təhlükədir. "Semaşko" adlı xəstəxanaya isə ayağınızı belə basmayın!"

Realpress.az xəbər verir ki, bu fikirlər aktyor və senarist Kənan Yusifova məxsusdur.  

Aktyor səhhətində yaranan problemlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdə qarşılaşdığı qeyri-peşəkarlıq və həkim səhlənkarlığı ilə bağlı sosial şəbəkədə videomüraciət yayıb.

Kənan Yusifovun sözügedən xəstəxanada yaşadıqlarını öz dilindən təqdim edirik:

"Haradasa 2 həftə öncə məndə kəskin mədə ağrıları başladı. Təcili tibbi yardım çağırdıq, ağrıkəsici vurdu. 
Həkimlər ürəkdən - infarkdan şübhələndilər. Yoxladılar, çox şükür, infarkt çıxmadı. 
Sonra dedilər ki, bu sadəcə qazdır. İsti şalla bürünməyi məsləhət gördülər və çıxıb getdilər.

Gecə yarı ağrı daha da şiddətləndi. Gecə saatlarda USM müayinəsini üçün başqa klinika olmadığından və evimizin yaxınlığında yerləşdiyindən "Semaşko"ya (1 saylı Kliniki Tibbi Mərkəz) getdim. USM-də çalışan həkim mədəaltı vəzimin şişdiyini, qaraciyərimin rənginin dəyişdiyini və hepatitə doğru getdiyini xəbər verdi. 

O boyda ağrının və psixoloji gərginliyin altında kişi həkim əlini vurmaqla painkratit olduğumu dedi və mənə tramadol vurdular. Tramadolun nə olduğunu özünüz yaxşı bilirsiniz. Təsəvvür edin, ağrıyıram və psixoloji gərginlik içindəyəm. Çünki hepatit, mədəaltı vəzi və sairə xəstəliklərlə müjdələyib məni evə yola salıblar. 

Səhərə kimi ancaq qışqırmışam. Səhəri gün Tədris Cərrahiyyə Xəstəxanasına getdi. Vüqar həkim əlini vurmaqla kor bağırsaq ağrıları olduğunu bildirdi. Qan analizi və USİ müayinəsindən də bilindi ki, dəqiq kor bağırsaqdır.

İndi mən bir az aktyor kimi tanınıram, tanışlarımız var. Şükür Allaha, xəstəxanalarda və sairə yerlərdə müraciət etməyə yaxın adamlar var. Deməli, yaxını-tanışı olmayan, tutaq ki, Bakıda yaşamayan, rayondan gələnlərin başına oyun açırlar. 

Mən səhəri gün başqa xəstəxanaya getməsəydim, problemimin kor bağırsaq olduğunu bilməsəydim, belə çıxır ki, indi mənim mədəaltı vəzimi də, qaraciyərimi də əməliyyat edərdilər. Yəni Semaşkoda insan həyatının önəmi bu qədərdirmi? Bu həkimlər sonra etdiklərinin məsuliyyətini daşıyırlarmı? "Semaşko" kimi tanıdığımız xəstəxana başına belə şeylər gələn çox xəstələr var.  


15 İyul 2019
Şou-biznes

Videobloger Əlixan Rəcəbovun toyundan - VİDEO

Məşhur azərbaycanlı videobloger Əlixan Rəcəbovun toyudur.

15 İyul 2019
Şou-biznes

Murad Dalkılıç evlənməyə hazırlaşır

Murad Dalkılıç sevgilisi Hande Erçel ilə birlikdə dünən axşam teatrdan çıxanda jurnalistlərin suallarını cavablandırıb.