Sony şirkəti Xperia 20 smartfonu üzərində çalışır

Sony şirkəti Xperia 20 smartfonu üzərində çalışır
11 İyul 2019 08:55

Baxmayaraq ki, Sony şirkəti bir neçə müddət bundan öncə Xperia 10 smartfon modelini satışa çxıartdı, şirkət artıq Xperia 20 modeli üzərində çalışır. Milli.Az technote.az-a istinadən bildirir ki, verilmiş məlumata əsasən Xperia 20 modelinin xarici görünüşü Xperia 10-dan heç də fərqlənməyəcək. Xperia 20 plastik materialdan hazırlanmış gövdəyə və 21:9 nisbətli Full HD+ keyfiyyətli 6 düym LCD ekrana sahib olacaq.

Qeyd etmək lazımdır ki, Xperia 10 modeli Snapdragon 630 prosessoru vasitəsilə çalışır. Lakin məlumata əsasən Xperia 20 modeli Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 12 MP + 12 MP ikili arxa kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən Xperia 20 modeli bu ilin payız fəslində və ya dekabr ayında təqdim olunacaq. Çox güman ki, sözügedən model Xperia 20 Plus və Xperia 2 flaqman modeli ilə birlikdə təqdim olunacaq.



23 İyul 2019
Maraqlı

Bürclərin həyatını çətinləşdirən GİZLİ SƏBƏBLƏR

Bəzən biz hadisələrin dərinliyə enmədən, həyatımıza mane olan nələri və ya kimlərisə seçirik. Biz uzun müddət onlardan ayrıla bilmirik, nəticədə bu, rifahımız üzərində mənfi təsir yaradır. Əlbəttə ki, bəzi vərdişləri tərgitmək çətin ola bilər, lakin siz bunlarsız özünüzün ən yaxşı versiyasını yarada biləcəksiniz. Unutmayın ki, mümkün çətinliklərə baxmayaraq, bununla öz missiyanızın yerinə yetirilməsinə yaxınlaşacaqsınız.

23 İyul 2019
Maraqlı

ÖLÜMDƏN 3 həftə əvvəl insan BU YUXULARI görür / VİDEO

ABŞ-ın Nyu-York ştatındakı Buffalo şəhərindəki bir elmi mərkəz 10 illik tədqiqatın başa çatdığını bəyan edib.

23 İyul 2019
Maraqlı

Müsəlman ölülər niyə kəfənə bükülür?

Əsrlərdir ki, dəyişməyən və belə desək dəbdən düşməyən tək geyim kəfəndir. Hər nə qədər qəribə səslənsə də bu, reallıqdır.  Müsəlman ölkələrində insanları məhz bu  geyim növü ilə dəfn edirlər. Bəs illərdir ki, şüuurlu və ya şüursuz şəkildə  əməl etdiyimiz bu qaydanın mənası nədir? Niyə məhz kəfən, ağ parça?

23 İyul 2019
Maraqlı

Xiaomi şirkəti Black Shark 2 Pro gamer smartfonunun təqdimatını anons etdi

Xiaomi şirkəti heç gözlənilmədən Black Shark gamer smartfon seriyasının yeni modelinin təqdimat tarixini əks etdirən posteri təqdim edib. Milli.Az technote.az-a istinadən bildirir ki, təqdim edilmiş posterə əsasən yeni smartfon Black Shark 2 Pro adlanacaq və o, 30 iyul tarxiində Çində təqdim olunacaq.