Qidadan zəhərlənmisinizsə... Simptomlar və yardım

Qidadan zəhərlənmisinizsə... Simptomlar və yardım
11 İyul 2019 15:11

Yay aylarında isti havada qida zəhərlənmələrinin sayı kəskin artır.

Qida zəhərlənmələrinin simptomlarını və ilk yardımın göstərilməsi qaydalarını bilmək bəzən insanın sağlamlığını və hətta həyatını xilas edə bilər.

Qida zəhərlənmələrinin simptomları:

ümumi vəziyyətin pisləşməsi

- ürəkbulanması və qusma

- qarında köp və tutmaşəkilli ağrılar

- ishal

- təzyiqin düşməsi

- nəbzin tezləşməsi və zəiflənməsi

- hərarətin yüksəlməsi (bəzən 39-40 C qədər qalxa bilər)

- iştahasızlıq, halsızlıq

- soyuq tər

- dərinin rənginin ağarması.

Saglamolun.az bildirir ki, bu simptomlar adətən keyfiyyətsiz qidanın qəbulundan 1-2, bəzən 6-8 saat sonra inkişaf edir.

Çox ağır hallarda qida zəhərlənməsi zamanı görmənin pozulması, bayılma, beyin fəaliyyətinin pozulması (hallüsinasiyalar, koma), əzələ zəifliyi kimi simptomlar meydana çıxa bilər.

Qida zəhərlənmələri zamanı ilk yardım:

- Qida zəhərlənməsinə şübhə yarandıqda dərhal təcili yardım çağırın.

- Xəstənin mədəsini yuyun. Bunun üçün adi ilıq sudan istifadə edin. Xəstə 2 stəkan ilıq su içməli və sonra dilin kökünə basmalıdır ki, qussun. Mədə təmiz su çıxana qədər yuyulmalıdır.

- Daha sonra xəstəyə smekta, enterosgel kimi preparatlardan birini verin. Kömürdən istifadə etməyin. Onun effektivliyi aşağıdır.

- Çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə reqidron, oralit kimi preparatlar verilir. Preparat təyinata uyğun olaraq suda həll olunur və hər qusma və ishaldan sonra bir neçə qurtum olmaqla içilir.

Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir. Nəzərə almaq lazımdır ki, kəskin susuzlaşma sağlamlıq üçün çox ziyanlıdır və hətta xəstənin həlak olmasına səbəb ola bilər.

- Xəstəyə həkimin təyini olmadan heç bir digər dərman (qusma və ishal əleyhinə preparatlar, antibiotiklər, lineks, ot dəmləmələri və s.) vermək olmaz.

- Zəhərlənmənin 1-ci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə xəstəyə xüsusi pəhriz təyin olunur.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.