Bu il Azərbaycana gələn əcnəbilərin sayı 1.4 milyona çatıb

Bu il Azərbaycana gələn əcnəbilərin sayı 1.4 milyona çatıb
11 İyul 2019 15:57

Bu ilin birinci yarısında Azərbaycanı 6.5% çox xarici qonaq ziyarət edib.

Realpress.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumatda deyilir ki, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir.

Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb.

Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub - bu artım 17.2% təşkil edib.


23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

23 Apr 2024
Cəmiyyət

Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər.

23 Apr 2024
Cəmiyyət

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub - VİDEO

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.