İntihar edən polis polkovnikinin oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

İntihar edən polis polkovnikinin oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT
11 İyul 2019 17:05

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin intihar edən oğlu Orxan Ağayevlə bağlı bəzi məlumatlar üzə çıxıb.

Realpress.az oxu.az-a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu keçmiş polis işçisi olub.

Əldə etdiyimiz məlumata görə, son zamanlar onun psixoloji vəziyyəti yerində olmayıb. O.Ağayevin çalışdığı iş yerindən ayrılmasının səbəbi kimi psixoloji vəziyyətinin normal olmadığı ehtimal edilir.

Qeyd edək ki, O.Ağayev bir saat bundan qabaq Nərimanov rayonu ərazisində “MADO” restoranının yaxınlığındakı beşmərtəbəli binalardan birindən özünü atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb. 

23 İyul 2019
Cəmiyyət

Azərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi təsdiqlənib - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib.

23 İyul 2019
Cəmiyyət

İki uşaq xəstəxanaya atılıb - birinin 10 yaşı var, digəri 5 aylıqdır - VİDEO

Bərdə rayonunda iki azyaşlı uşaq nənəsi və babası tərəfindən xəstəxanaya atılıb.