Nəhəng teleskopun inşasına başlanılır

Nəhəng teleskopun inşasına başlanılır
12 İyul 2019 10:42

İyulun 15-də Havay adalarında 30 metrlik teleskopun (Thirty Meter Telescope, TMT) tikintisinə başlanılacaq. Bu barədə yerli administrasiyanın məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “TMT” 30 metrlik güzgü seqmentinə malik iri astronomik rəsədxana layihəsidir. Layihə böyük səs-küyə səbəb olub. Məsələ ondadır ki, kompleks Havay mifologiyasında müqəddəs hesab edilən Havay adasının Mauna-Kea dağında tikilməlidir. Tikintinin əleyhdarlarının sözlərinə görə, rəsədxananın yaradılması müqəddəs dağı təhqir edəcək.
 
“ТМТ” teleskopunun inşası əvvəlcə 2011-ci ildə təsdiq edilib, ilk işlərə isə 2014-cü ilin oktyabrında başlanılıb. Lakin 2015-ci ilin yazında layihə əleyhdarları onun icrasının dayandırılmasına nail olublar. Bu dəfə isə rəsədxananın faktiki yaradılmasının bir neçə günə bərpa ediləcəyi bildirilir.
 
Məlumata görə, teleskopun güzgüsü ümumi sahəsi 655 kvadratmetr təşkil etməklə hər biri 1,4 metr olan 492 altıbucaqlı seqmentdən ibarət olacaq. İlk elmi müşahidələrə növbəti onilliyin ikinci yarısında başlamaq planlaşdırılır. Rəsədxananın planlaşdırılan istismar müddəti 50 il təşkil edir.
 
Perspektivdə 30 metrlik teleskop kainatın müxtəlif obyekt və strukturları haqqında vacib məlumatlar toplamağa imkan verəcək. “Hubble Space Telescope” teleskopu ilə müqayisədə yeni rəsədxana vasitəsilə əldə ediləcək təsvirlər təxminən 10-12 dəfə dəqiq olacaq.

Realpress.az


23 İyul 2019
İT

Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər

“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırıldaqçılıq məqsədilə istifadə etməsi ilə bağlı xəbərdarlıq edib.

23 İyul 2019
İT

Dünyada ən güclü smartfon təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.

23 İyul 2019
İT

“NVIDIA” Britaniyada süni intellekt sahəsində tədqiqatlar üçün texnoloji mərkəz açıb

“NVIDIA” şirkəti Böyük Britaniyada süni intellekt sahəsində innovativ tədqiqatların və məlumat analizi metodlarının, eləcə də ölkənin təhsil və tədqiqat cəmiyyəti ilə fəaliyyətin dəstəklənməsi üçün nəzərdə tutulan yeni texnoloji mərkəz açıb.

23 İyul 2019
İT

“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlumatlara görə, “Apple Watch” smart saatının displeyi “microLED”, “iPhone” smartfonunda “ProMotion” texnologiyasına əsaslanacaq.

22 İyul 2019
İT

“Xiaomi” şirkəti 500 ən böyük şirkət sırasında yer alıb

"Fortune" nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan "Xiaomi" ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib.