"Bakı Kart"da YENİLİK – Bundan sonra ...

"Bakı Kart"da YENİLİK – Bundan sonra ...
12 İyul 2019 15:09

Paytaxtın nəqliyyat sistemində istifadə olunan "Bakı Kart"ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.

Realpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “report”a məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib:

"Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır.

Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var.

Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”. 

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.