Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib

Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib
15 İyul 2019 13:24

Ali məktəblərə imtahansız qəbul olmaq üçün 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Realpress.az-a verilən məlumata görə, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.

Hazırda 12 min 109 subbakalavr elektron ərizəsini təsdiq edib. Müsabiqədə iştirak ödənişsizdir.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.


19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.