Qubada bir ailə zəhərləndi - ADLAR + YENİLƏNİB

Qubada bir ailə zəhərləndi - ADLAR + YENİLƏNİB
15 İyul 2019 14:19


Qubanın Dəlləkli kəndində qidadan zəhərlənənlərin adları məlum olub. 

Realpress.az xəbər verir ki, kənd sakinləri 67 yaşlı Zöhrə Hüseynova, 11 yaşlı Bilal Ömərov, 8 yaşlı Ömər Ömərov, 32 yaşlı Mavigül Ömərova və 31 yaşlı Rəhilə Ömərova ötən gün axşam saatlarında Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub. Zəhərlənən şəxslərin müalicəsi Yoluxucu Xəstəliklər şöbəsində davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

13:24

Qubada kütləvi zəhərlənmə qeydə alınıb.

Səhiyyə Nazirliyindən realpress.az-a verilən məlumata görə, beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların qidadan zəhərləndiyi bildirilir:

“Xəstələrin mədələri yuyulub, tibbi yardım göstərilərək, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir. Nümunələr Respublika Gigiyena və  Epidemioloji Mərkəzinə göndərilib. Cavab gələndən sonra səbəblər bilinəcək”.


19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.