Mirşahin: "Daha kəskin olacağam, hamısını biçəcəyəm..." – VİDEO

Mirşahin: "Daha kəskin olacağam, hamısını biçəcəyəm..." – VİDEO
16 İyul 2019 15:10

"Artıq qərəzsiz deyiləm".

Realpress.az xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində deyib.


Tanınmış jurnalist vurğulayıb ki, artıq müəyyən mövqedən çıxış edir:

“İndi biz mövqeliyik. Mövqeli olub qərəzsiz olmaq mümkün deyil. Qərəz sözü bütün hallarda qaba ifadədir. Mən bu sözdən qaçıram. Biz indi tərəfliyik”.

M. Ağayev indi dövlətin tərəfində olduğunu qeyd edib:

“Bu ifadə bəlkə də çoxlarında qıcıq doğuracaq. Amma mən bunu belə başa düşürəm və bu tək mənim düşüncəm deyil. Azərbaycanda belə düşünənələrin sayı yəqin ki, lap çoxdur.

Mən Azərbaycan dövləti və Azərbaycan prezidenti deyəndə onları bir-birindən ayırmıram. Mənim üçün dövlət prezident, prezident də dövlətdir. Yəni dövlət İlham Əliyevdir...”.

M. Ağayev çıxışı zamanı daha kəskin çıxışlar edəcəyini bildirib. 


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.