Hər beşinci böyük şirkət bu əməliyyat sistemindən istifadə edir

Hər beşinci böyük şirkət bu əməliyyat sistemindən istifadə edir
16 İyul 2019 15:29

“Windows 7” sisteminin dəstəklənmə müddətinin bitməsinə yarım ildən az qalmasına baxmayaraq, çoxlu sayda şirkət hələ də bu əməliyyat sistemindən istifadəyə davam edir. Müxtəlif ölkələrdə 200-dən çox İT mütəxəssisin rəyini öyrənmiş “Kollective” korporativ proqram təminatı istehsalçısının məlumatları buna sübutdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, araşdırma nəticəsində məlum olub ki, təxminən hər beşinci böyük şirkət “Windows 7” sistemindən istifadə edir. Hərçənd həmin şirkətlərin bir çoxu yeni sistemə keçid prosesinə başlayıblar, ancaq bu proses bir neçə il uzana bilər.

 

“Windows 7” sisteminin uzadılmış dəstəklənməsi ödənişli olacaq və 2023-cü ilin yanvarınadək əlçatan olacaq.

 

Korporativ lisenziyalı “Windows 7 Professional” və “Windows 7 Enterprise” versiyalarından istifadə edən şirkətlər yeni xidmətdən yararlana biləcəklər.

 

2020-ci ilin yanvarında “Windows 7” əməliyyat sisteminin ödənişsiz dəstəklənməsi bitir və “Microsoft” korporasiyası istifadəçilərə yeni “Windows 10” sisteminə keçid haqqında xatırlatmağa davam edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.