Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olundu - Bu gündən tədavüldə

Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olundu - Bu gündən tədavüldə
16 İyul 2019 15:52

Bu gün dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku tədavülə buraxılıb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, poçt markalı blokun üzərində "Vostok" və "Mirnıy" adlı qayıqlar, həmçinin Antarktida peyzajı təsvir olunub.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni bu gün Moskva, Sankt-Peterburq və Penza şəhərləri üçün "İlk gün" zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.

Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 40 min nüsxə təşkil edir. Poçt blokunun ölçüsü 124×70 mm, blokda olan poçt markalarının ölçüləri isə 42×30 mm təşkil edir. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Qeyd edək ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.