YAY FƏSLİNDƏ UŞAQLARIN TEZ-TEZ XƏSTƏLƏNMƏSİ

YAY FƏSLİNDƏ UŞAQLARIN TEZ-TEZ XƏSTƏLƏNMƏSİ
16 İyul 2019 16:50


Uşaq xəstələndiyi zaman hər bir valideyin narahatlıq keçirir, lakin müxtəlif soyuqdəymə xəstəliklərindən heç kəs sığortalanmayıb. Əslində uşaq xəstəlikləri tamamilə normal haldır. Körpə formalaşmamış immun sistemi ilə dünyaya gəlir və müxtəlif növ infeksiyalarla tanışlıq onun formalaşması üçün vacibdir. Ancaq bəzi uşaqlar digərlərinə nisbətən daha tez-tez xəstələnir.

Hansı uşaqları tez-tez xəstələnlərə aid edirlər? Əgər il ərzində 1 yaşadək olan uşaq 4 dəfədən çox, 1-3 yaşlı uşaq 7 dəfədən çox, 3-5 yaşlı uşaq 6 dəfədən çox, 5-6 yaşlı uşaq 5 dəfədən çox, 6 yaşdan yuxarı uşaq 4 dəfədən çox xəstələnirsə, onu tez-tez xəslənən uşaqlar qrupuna aid etmək olar.

Tez-tez xəstələnmələrin səbəbi. Hamiləliyin patologiyası və ağır doğuş, mənzildə qeyri-sağlam mikroiqlimin olması, havaya uyğun olmayan həddindən artıq isti geyim, balanslaşdırılmamış qidalanma, müntəzəm gəzintinin olmaması, allergik reaksiyalar, orqanizmdə infeksiyanın mövcudluğu, valideynlərin zərərli vərdişləri uşaq sağlamlığına birbaşa zərbə vurur.

Bu səbəblər olduğu zaman uşağın immun sistemi zəifləyir və uşaq daha tez-tez angina, bronxit, soyuqdəymə və digər xəstəliklərlə mübarizə aparmalı olur.

Uşaqlarda immun sisteminin formalaşması həyat şəraitindən asılıdır! Uşaq otağı əsasən də yatan zaman sərin və nəmli olmalı, acıq havada uzun gəzintilər aparılmalı, uşaq otağında toz yığıntının olmaması üçün az əşyalar qoyulmalı, yaş dəsmalla otaq müntəzəm silinməlidir. Tam balanslaşdırılmış qidalanma, gündəlik uşağın yaş və hər kiloqram çəkisinə görə təxminən 80 ml-ə qədər adi su içilməli, meyvə şirələri, kompot verilməli, havaya görə geyimi tənzimlənməli, sağlamlıq və fiziki inkişaf üçün idman etdirilməlidir.

Əgər uşaq tez-tez xəstələnirsə, nə etməli? Uşaqda olan xroniki xəstəliklər müalicə olunmalıdır, xüsusilə burun-boğaz orqanlarının xəstəlikləri: xroniki tonzillit, sinusit, adenoidlər və s. Tez-tez xəstələnən uşaqların valideynlərinə həkimə (pediatr, immunoloq) müraciət etməsi lazımdır. Zəifləmiş immun sisteminin səbəbini aydınlaşdırmaq üçün müəyyən qan, nəcis analizlərindən keçmək lazımdır. Tez-tez xəstələnən uşaqların müalicəsi üçün müxtəlif dərman preparatları, vitaminlər, biogen stimulyatorlar, immunmodulyator vasitələrdən istifadə oluna bilər.


Apteklonline.az///Realpress.az

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.