Mütəxəssislər “ağıllı” qurğulara edilən kiberhücumların artımını qeydə alıblar

Mütəxəssislər “ağıllı” qurğulara edilən kiberhücumların artımını qeydə alıblar
17 İyul 2019 11:05

2018-ci ildə “ağıllı” qurğular (saat, smart televizorlar, uşaq oyuncaqları, video qeydiyyatçı və soyuducular) ötən illə müqayisədə 4 dəfə daha çox  virus hücumuna məruz qalıblar. "Doktor Veb" antivirus laboratoriyası bu məlumatı paylaşıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, analitiklərin fikrincə, bu il hücumların sayı artacaq. Yalnız ilk 6 ayda 71,5 milyon belə hal qeydə alınıb, dekabrın sonuna isə belə hücumların sayı artıq 100 milyonu ötə bilər
 
Zərərverici proqramlar “Əşyalar interneti”nin (IoT) işini bloklaya və cinayətkarlar onlar üzərində nəzarəti ələ keçirə bilərlər.
 
Antivirus şirkəti tərəfindən keçirilmiş təhlil nəticəsində məlum olub ki, cinayətkarlar DDoS hücumların həyata keçirilməsi üçün troyan viruslarından aktiv istifadə edirlər.
 
Sahibindən  xəbərsiz “ağıllı” qurğuları idarə etməyə, istifadəçilərin məlumatını oğurlamağa, onların işləmə alqoritmlərini dəyişdirməyə imkan verən zərərverici proqram təminatı, həmçinin populyardır. Bundan başqa, qurğu sahiblərindən xəbərsiz kriptovalyuta mayninqinə imkan verən proqramlar populyarlaşır.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.