Əfqanıstan Milli Ordusunun generalı “Taliban” radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib.
“TOLONews” telekanalı bildirir ki, öldürülən general Əbdül Mubin Müctəba Qazni əyalətində yerləşən ordu dəstəsinə komandanlıq edib.
General əyalətin Qarabağ qəzasında Qazni və Kandaqar arasındakı avtomobil yolunda qətlə yetirilib.
Məlumata əsasən, hücumda iki əsgər iştirak edib. Onlardan biri öldürülüb, biri isə yaralıdır.
Realpress.az
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.