Ukrayna Prezidenti Vladimir Zelenski oğluna atasının vəzifəsi ilə öyünməyə qadağa qoyub.
Realpress.az xəbər verir, dövlət başçısı oğlu Kirilə qoyduğu qadağanı rəsmi “YouTube” kanalında paylaşdığı videoda dilə gətirib:
“Qızım artıq öyrəşib, əvvəl çox həyəcanlanırdı. Oğlum sevinclidir. Deyir ki, o, prezidentin oğludur. Biz ona dedik ki, belə söyləmək olmaz. İndi Kiril deyir ki, bilirsiniz mən kimin oğluyam?”
Ukrayna lideri həyat yoldaşı Yelenanın birinci xanım statusunda olmasından da çox həyəcanlandığını bildirib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.