Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir
19 İyul 2019 10:59

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını beynəlxalq pulköçürmələri üçün əlverişli vasitə hesab edir, lakin onun etibarlılığına şübhə ilə yanaşır. Bu barədə “Böyük yeddiliyin” (G7) Fransanın Şantiyi şəhərində keçirilən maliyyə nazirliklərinin və mərkəzi bankların rəhbərlərinin iclasında iştirak edən Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso bildirib.


“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “İstifadəçilər tərəfindən “Libra” beynəlxalq pulköçürmələri üçün əlverişli vasitə kimi qəbul ediləcək, çünki bu, onlara hazırkı pulköçürmələri sistemindən daha ucuz başa gələcək. Lakin kriptovalyutanın etibarlı olacağı isə hələ ki ciddi məsələ olaraq qalır”, – Baş nazirin müavini qeyd edib.


Bir müddət əvvəl Yaponiya Mərkəzi Bankının sədri Xaruxiko Kuroda da “Facebook”un kriptovalyuta buraxması ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət “Libra”ya münasibətdə tənzimləmə tədbirləri barədə fikirləşməlidir, çünki ondan terrorizmin maliyyələşdirilməsi və “çirkli pulların yuyulması” üçün istifadə etmək mümkün olacaq.


Bir ay əvvəl “Facebook” şirkəti 2020-ci ildə dövriyyəyə “Libra” adlı kriptovalyuta buraxacağını açıqlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, rəqəmli valyutanı köçürmək telefona mətnli məlumat göndərmək kimi sadə olacaq. Yeni valyuta blokçeyn texnologiyası – informasiya saxlayan qurğuları ümumi serverə qoşulmayan desentralizasiya olunmuş məlumat bazası əsasında işləyəcək.


Bir sıra iri şirkətlər, o cümlədən “Visa”, “Mastercard”, “PayPal” və “Uber” yeni “Libra” kriptovalyutasının idarəetməsini həyata keçirəcək konsorsiumun yaradılmasına hərəyə 10 milyon dollar yatırmaq niyyətindədir. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp daxil olmaqla müxtəlif ölkələrin və milli bankların bir sıra rəsmi nümayəndələri belə maliyyə əməliyyatı formasının cinayətkarlığa yol aça bilməsi ilə bağlı narahatlığını bildirib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.