Atletlər kəndinin ilk qonaqları gəldi - FOTO

Atletlər kəndinin ilk qonaqları gəldi - FOTO
19 İyul 2019 15:18

“XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.

Realpress.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, iyulun 19-u səhər saatlarında paytaxtımıza gələn ispan atletlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.

Qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına Neoplan avtobuslar və miniavtobuslar (Mercedes Sprinter) cəlb edilib.

Qeyd edək ki, iyulun 21-27-də Bakıda keçiriləcək Festivalda 48 ölkənin idmançıları 135 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan 122 idmançı ilə təmsil olunacaq. Qonaqların ümumi sayı isə 3900 nəfər təşkil edəcək.

Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. 


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.