Neolit dövrünə aid yaşayış məskəni tapılıb

Neolit dövrünə aid yaşayış məskəni tapılıb
19 İyul 2019 16:18

İsrail arxeoloqları Qüdsün yaxınlığında neolit dövrünə aid yaşayış məskəni aşkar ediblər. Bu barədə məlumatı İsrailin Qədim Abidələr İdarəsi yayıb.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda İsraildə ən böyük və qədim, habelə dünyada ən iri yaşayış məskənlərindən birinin tapıldığı qeyd olunur. Bu tapıntının tarixinin 9 min il olduğu ehtimal edilir. Arxeoloqlar qeyd edirlər ki, bu yaşayış məskənində iki-üç min insan yaşayıb. Bu, dövrünə görə onu müasir şəhərlərin miqyası ilə müqayisə etməyə imkan verir. Qazıntılar zamanı həmin ərazidə böyük tikililərin, habelə ictimai və ibadət yerlərinin qalıqları da tapılıb. Bundan başqa, arxeoloqlar mindən çox nizə ucu, bəzək əşyaları və heykəlciklər tapıblar.

Arxeoloqların məlumatında qeyd olunur ki, binalar arasında döngələrin birləşdirdiyi küçələr həmin dövrdə yüksək şəhərsalma mədəniyyətinin olduğunu göstərir. Bu mühüm tapıntı elm dünyasında böyük marağa səbəb olub. Çünki bu yaşayış məskəni tapıntı ərazisi barədə həmin dövrə aid təsəvvürləri dəyişir. Əvvəllər hesab edirdilər ki, İudeya adlanan ərazi səhralıq olub və yaşayış məskənləri yalnız İordan çayının qarşı sahilində (indiki İordaniya ərazisində) və Levantanın şimal hissəsində (müasir Suriya və Livanda) olub.

Qazıntılar Qüdsdən 5 kilometr qərbdə - Sorek çayının sahilindəki məhsuldar torpaqlarda aparılır. Buradakı münbit torpaqlar 20 min il əvvəl insanların məskunlaşmasına səbəb olub. Təl-Əviv Universitetinin alimləri hesab edirlər ki, bu ərazilərdə neolit dövrü 11 min il əvvəl - insanların böyük evlərdə yaşadığı, maldarlıqla və əkinçiliklə məşğul olduğu vaxtlarda başlayıb. Tarixdə neolit dövrünün başlanmasının ilk məkanı Yaxın Şərq bölgəsi hesab olunur.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.