ABŞ “kosmik turist”lərə görə Rusiya ilə rəqabətə girdi

ABŞ “kosmik turist”lərə görə Rusiya ilə rəqabətə girdi
22 İyul 2019 11:01


Amerikanın idarəetmə gəmiləri tərəfindən turistlərlə birgə 2020-2021-ci illərdə Beynəlxalq Kosmik Stansiyasına (BKS) üç uçuşun həyata keçiriləcəyi nəzərdə tutulur.

RİA Novosti” xəbər verir ki, NASA 2020-ci ildən başlayaraq ildə iki dəfə Amerika gəmilərində “kosmik turistləri” BKS-na yollamağı planlaşdırır.

Bunun üçün ABŞ istehsalı olan “Crew Dragon” və “Starliner” gəmilərindən istifadə olunacaq.

NASA-nın maliyyə direktoru Ceff Devit qeyd edib ki, BKS-də bir aylıq uçuş turistə 59 milyon dollardan artıq başa gələcək.

Bildirilir ki, Amerika gəmilərinin turistlərlə BKS-na təqribən bir ay davam edəcək uçuşları 2020-ci ilin oktyabrına, 2021-ci ilin martına və avqustuna planlaşdırılıb. Hər gəmi stansiyaya üçədək turist daşıya biləcək.

İndiyədək turistlər BKS-na yalnız Rusiyanın “Soyuz” gəmilərində uça bilirdilər. “Space Adventures” şirkəti ilə bağlanılan saziş üzrə 2001-2009-cu illərdə “Soyuz” gəmilərində stansiyaya yeddi turist, o cümlədən iki dəfə amerikalı Çarlz Simoni çatdırılıb. “Soyuz” gəmilərində BKS-na 10 sutkalıq uçuş üçün turistlərdən müxtəlif illərdə 25-50 milyon dollar həcmində vəsait tələb olunub.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.