Messinin avtomobili əlindən alınır

Messinin avtomobili əlindən alınır
22 İyul 2019 12:53

Almaniyanın "Audi" şirkəti "Barselona" ilə əməkdaşlığı dayandırıb.

Realpress.az goal.az-a istinadən xəbər verir ki, "Audi"nin Barcelona ilə olan əməkdaşlıq müqaviləsinin müddəti iyunun 30-da bitib və yeni sözləşmə imzalanmayıb. 

Barcelona ilə 2006-cı ildən əməkdaşlıq edən "Audi" müqavilə müddətində Barcelona-lı futbolçulara verdiyi avtomobillərin geri qaytarılmasını istəyib. Hazırda Yaponiyada təlim-məşq toplanışında olan Barcelona-nın İspaniyaya qayıtdıqdan sonra avtomobilləri geri qaytaracağı gözlənilir.

Lionel Messi şirkətdən dəyəri 130 min funt-sterlinq olan "RS-6" markalı avtomobili seçmişdi.


18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.