Beş güləşçimiz Avropa Gənclər Olimpiya Festivalının finalında - YENİLƏNİB

Beş güləşçimiz Avropa Gənclər Olimpiya Festivalının finalında - YENİLƏNİB
22 İyul 2019 14:02


Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında bu gün beş güləşçimiz finala çıxıb.

Realpress.az xəbər verir ki, Mircavad Nəbiyevin ilk görüşdə uduzduğu rəqibi finala çıxdığından, idmançımızın bürünc medal qazanmaq şansı yaranıb.

O, təsəlliverici yarışda türkiyəli Şükrü Körpəni 10:0 hesabı ilə məğlub edib. O, bürünc medal uğrunda isveçrəli Tomas Fişerlə qarşılaşacaq.

Sabir Cəfərov bolqar rəqibini 5:1 məğlub edib. Onun finaldakı rəqibi rusiyalı Fyodor Baltuyev olacaq.

Qurban Qurbanov belaruslu rəqibini 5:0 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi gürcüstanlı Xviça Abuladzedir.

Həsrət Cəfərov yarımfinalda italiyalı Andrea Settini 6:0 hesabı ilə yenib. Onun finaldakı rəqibi rusiyalı Məhəmməd Qiqiyevdir.

Gültəkin Şirinova fransalı rəqibini 10:3 hesabı ilə məğlub edib. Onun həlledici görüşdəki rəqibi rumıniyalı Georgiana-Lavinia Antuke olacaq.

Mərziyə Sadıqova türkiyəli rəqibini 1:0 hesabı ilə məyus edib. Onun finaldakı rəqibi italiyalı Aurora Russodur.

Qeyd edək ki, bürünc medal və final görüşləri bu gün saat 16:00-dan etibarən start götürəcək.

13:18

Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

realpress.az xəbər verir ki, ikinci yarış günündə yeddi çəkidə (dörd oğlan, üç qız) mübarizə baş tutur.

Sərbəst güləşdə Mircavad Nəbiyev (-48 kq) Rusiya yığmasının üzvü ilə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. 6:6 hesabı ilə başa çatan görüşdə son xalı rusiyalı idmançı qazandığı üçün qələbə ona verilib.

Sabir Cəfərov (-60 kq) ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl (10:0) qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib – 12:1. O, yarımfinalda bolqarıstanlı İvan Stoyanovla qarşılaşacaq.

Yunan-Roma güləşində isə Qurban Qurbanov (-48 kq) da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib – 8:0. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib (10:0). İdmançımız yarımfinalda belaruslu Maksim Stupakeviçlə yarışacaq.

Həsrət Cəfərov (-60 kq) əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib – 12:0. O, 1/4 finalda belaruslu Mikita Muraşkaya 13:5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qadın güləşçilərimizdən Gültəkin Şirinova (-46 kq) 1/8 finalda Finlandiya təmsilçisini 7:4 hesabı ilə üstələyib. Həmyerlimiz Belarus idmançısını da 6:1 hesabı ilə devirərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi fransalı Fanni Viqurodur.

Lalə Mirzəyeva (-49 kq) debütdə Moldova güləşçisi ilə bacarmayıb – 2:8.

Mərziyə Sadıqova (-61 kq) ilk görüşdə Ukrayna idmançısından güclü olub – 6:3. Daha sonra Rusiya güləşçisi ilə gərgin mübarizədən qalib ayrılan (1:1) Mərziyə yarımfinala yüksəlib. Onun finala çıxmaq uğrunda rəqibi türkiyəli Elmas Çəlikdir.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.