“Toyota” elektromobili olimpiada iştirakçılarına xidmət göstərəcək

“Toyota” elektromobili olimpiada iştirakçılarına xidmət göstərəcək
22 İyul 2019 14:45

2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunları dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi – Yaponiyada keçiriləcək. “Toyota” şirkəti idman tədbirinin keçirilməsi münasibətilə olimpiadanı müşayiət etmək üçün “Accesible People Mover” (APM) adlı futuristik dizayna malik sərnişindaşıma elektromobilinin xüsusi versiyasını yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, avtomobilin vəzifəsi olimpiada iştirakçıları, işçi heyəti, tədbir təşkilatçıları, ahıl qonaqlar, hamilə qadınlar, azyaşlı uşaqları olan ailələr və fiziki imkanları məhdud insanların idman oyunlarının keçirildiyi yerlərə çatdırılması olacaq. Bundan başqa, “APM” avtomobil parkının bir hissəsi tibbi yardımın göstərilməsi üçün ayrılacaq.

 

Bildirilir ki, “APM” aşağı sürətlə hərəkət edən kiçik məsafələrə altı nəfərin daşınması üçün nəzərdə tutulan elektromobildir. Sürücü və sərnişinlər üçün iki və üçnəfərlik oturacaqlar quraşdırılıb. Sürücü oturacağı daha yaxşı görmək və sərnişinlərlə ünsiyyət imkanı üçün mərkəzdə yerləşir.

 

Əlil arabalarında insanların daşınması üçün ikinci sırada olan oturacağı yığmaq mümkündür. Elektromobilin eni xərəklərin və iki müşayiətedici şəxsin yerləşdirilməsi üçün yetərlidir. Sərnişin oturacaqları tərəfdən avtomobil xüsusi plankalarla bağlanır. “APM” elektromobili fiziki imkanları məhdud insanların düşməsini asanlaşdıran anker plastin və panduslarla təchiz edilib.

 

İstehsalçının planlarına 200 ədəd “Accesible People Mover” elektromobilinin buraxılışı daxildir.

 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.