Yol polisi doğum gününə 1 gün qalmış ölümlə üzləşən uşağı belə xilas etdi - VİDEO

Yol polisi doğum gününə 1 gün qalmış ölümlə üzləşən uşağı belə xilas etdi - VİDEO
22 İyul 2019 15:10

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət bölüyünün əməkdaşı baş serjant Vüqar Cəbrayılov körpənin həyatını xilas edib.

Realpress.az “avtosfer.az”a istinadən xəbər verir ki, Ekologiya postunun ərazisində xidmət apararkən üzərində taksi nişanı olan “Opel” markalı avtomobil postda saxlayıb.

Sürücü bildirib ki, avtomobildə azyaşlı uşaq var və vəziyyəti pisləşib.

Vüqar Cəbrayılov dərhal məsələyə müdaxilə edib. Məlum olub ki, yüksək hərarəti olduğu üçün körpə qıcovma olub.

Yol polisi əməkdaşı körpəyə ilkin tibbi yardım göstərərək onun dilinin qatlanmasına mane olub. Ardınca uşaq nəfəs alaraq özünə gəlib.

Yol polisi əməkdaşı uşağı partul avtomobili ilə təcili olaraq Respublika Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra körpənin həyatı xilas edilib.

Süleyman adlı həmin uşağın hadisənin səhəri günü 1 yaşı tamam olub. Doğum günün mərasiminə YPX əməkdaşı Vüqar Cəbrayılov da dəvət olunub.

Məclis zamanı körpənin həyatını xilas edən yol polisinə valideynlər və taxınlar tərəfindən təşəkkür olunub. Hazırda balaca Süleymanın ailəsi onun həyatını xilas edən yol polisi əməkdaşı ilə ailəvi dosta çevrilib.

Tez-tez zəngləşir, görüşürlər. Hadisə zamanı ərazidə olan müşahidə kameraları tərəfindən çəkilmiş görüntüləri təqdim edirik: 

























25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.