Xiaomi şirkəti Black Shark 2 Pro gamer smartfonunun təqdimatını anons etdi

Xiaomi şirkəti Black Shark 2 Pro gamer smartfonunun təqdimatını anons etdi
23 İyul 2019 09:05

Xiaomi şirkəti heç gözlənilmədən Black Shark gamer smartfon seriyasının yeni modelinin təqdimat tarixini əks etdirən posteri təqdim edib. Milli.Az technote.az-a istinadən bildirir ki, təqdim edilmiş posterə əsasən yeni smartfon Black Shark 2 Pro adlanacaq və o, 30 iyul tarxiində Çində təqdim olunacaq.

Çox güman ki, yeni smartfon modelinin adi Black Shark 2-dən əsas fərqi ondan ibarət olacaq ki, Black Shark 2 Pro Snapdragon 855 Plus prosessoru, Kryo 485 sürətləndirici nüvəsi və Adreno 640 qrafik çipi ilə təchiz olunacaq. Digər özəlliklər isə adi Black Shark 2-də olduğu kimi qalmalıdır.

Qeyd etmək lazımdır ki, adi Black Shark 2 modeli OLED ekran, 12 GB RAM, 48 MP +12 MP ikili arxa kamera, 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və stereosəsgücləndiricilər il təchiz olunur.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.