ABŞ Prezidenti texnoloji şirkətlərin rəhbərləri ilə milli təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ Prezidenti texnoloji şirkətlərin rəhbərləri ilə milli təhlükəsizlik məsələlərini müzakirə edib
23 İyul 2019 16:15

ABŞ Prezidenti Donald Tramp “Google”, “Broadcom” və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək ticarət praktikalarını və milli təhlükəsizlik məsələlərini müzakirə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, görüşdə “Micron” şirkətinin baş direktoru Sancay Mehrotra, “Google” baş direktoru Sundar Piçai, “Intel” rəhbəri Robert Svon, “Cisco” başçısı Çak Robbins, “Qualcomm” baş icraçı direktoru Stiv Mollenkopf, “Broadcom” rəhbəri Hok Tan və “Western Digital”ın baş direktoru Stiven Milliqan iştirak ediblər.

 

Gündəlikdə duran məsələlərdən biri “Huawei” şirkəti ətrafında olan vəziyyət və Çin şirkətinin avadanlıqlarından istifadə ilə əlaqədar təhlükəsizlik problemləri olub.

 

Bildirilir ki, mayda Donald Tramp hökumətə Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün qəbuledilməz risklər törədən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı sazişləri bloklamaq səlahiyyəti verən fərman imzalayıb.

 

Fərmanda konkret ölkələr və ya şirkətlər sadalanmasa da, rəsmi şəxslər və sahə təmsilçiləri bildirib ki, sənəd “Huawei” və onun Çindən olan rəqibi “ZTE Corp” şirkətinə qarşı yönəlib.

 

Bundan başqa, ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətini və onunla əlaqədar hüquqi şəxsləri “qara siyahı”ya daxil edərək onların ABŞ şirkətlərindən servis və komplektləşdirici hissələr almaq imkanlarını məhdudlaşdırıb. İyunun sonunda Donald Tramp Çinlə ticarət barışığı çərçivəsində “Huawei” ilə bağlı məhdudiyyətlərin yumşaldılmasına razılıq verib.

 

Ağ Evin məlumatına görə, texnoloji şirkətlərin rəhbərləri ABŞ Prezidenti ilə görüşdə “Huawei” ilə fəaliyyət üçün Ticarət Nazirliyi tərəfindən lisenziyaların verilməsi ilə bağlı qərarların operativ qəbul edilməsini xahiş ediblər. Öz növbəsində Prezident xahişə müsbət cavab verib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.