Bakıda qadını vuran sürücü cərimələnməyəcək - Günahkar piyada imiş

Bakıda qadını vuran sürücü cərimələnməyəcək - Günahkar piyada imiş
23 İyul 2019 16:25


Bakıda piyada xəttindən keçən qadını maşınla vuran sürücü cərimələnməyəcək.

Realpress.az istinadla bildirir ki,bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hadisə barədə ilkin araşdırma aparılıb:

“Həmin yerdə piyada keçidi işıqforla tənzimlənir. Görüntülərdə olan xanım nəqliyyat vasitələrinə yaşıl işıq yandığı vaxt piyada keçidinə daxil olur və yolu keçmək istəyir. Avtomobil sürücüsünün tapılması və izahatının alınması planlaşdırılır.

Burada xanım inzibatı xəta tərkibi yaradıb. Buna görə də sürücü cərimə olunmayacaq”.

Vaqif Əsədov qeyd edib ki, hamı tələblərə uyğun şəkildə hərəkət etməlidir:

“Yol hərəkəti haqqında” qanun hərəkəti tənzimləmək və təhlükəsizliyi təmin etmək üçündür. Hamı bu tələbləri bilməli və əməl etməlidir”.

Qeyd edək ki, Bakıda piyada keçidi qaydalarını pozan sürücünün görüntüləri yayılıb. “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və keçiddən keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib.

İlhamə Əbülfət

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.