“Huawei” böyük ekranlı yeni yığcam noutbukunu təqdim edib

“Huawei” böyük ekranlı yeni yığcam noutbukunu təqdim edib
23 İyul 2019 16:58

"Huawei" şirkəti "Honor MagicBook Pro" adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür, displey ön panelin səthinin 90%-ni tutur və avtonom işləmə vaxtı 14 saatadək təşkil edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, ekranın diaqonalı 16,1 düym, təsvir ölçüsü 1920x1080 piksel təşkil edir. Displeyin tərəflər nisbəti 16:9-dur. Kənar çərçivələrin qalınlığı 4,9 mm-dən çox deyil.

 

"Honor MagicBook Pro" noutbuku standart versiyada "Core i5" prosessoru ilə təchiz edilib. Bir qədər bahalı versiyası "Core i7-8565U" prosessoru ilə işləyir. Hər iki versiya 8 QB əməli yaddaşa və 512 QB-lıq SSD daşıyıcısına malikdir. "Huawei" şirkəti "NVIDIA GeForce MX250" qrafik sürətləndiricisinə üstünlük verib. Şirkətin iddiasına görə, noutbuk, demək olar, səssiz işləyir.

 

1,7 kq ağırlığında olan "MagicBook Pro" noutbuku 14 saatadək avtonom işləyə bilir.

 

Sözügedən modelin satışına 29 iyulda start veriləcək. "Core i5" ilə təchiz edilmiş versiyanın qiyməti 800 dollar, "Core i7" ilə isə 900 dollar təşkil edəcək.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.