ÜRƏK –DAMAR SİSTEMİ XƏSTƏLİKLƏRİ NƏDİR?
Ürək-damar sistemi xəstəlikləri (ÜDX) qrupuna aşağıdakı ürək və qan damarlarının xəstəlikləri aiddir: Ürəyin İşemik Xəstəliyi (ÜİX), baş beyin damarlarının xəstəlikləri, periferik arteriyaların xəstəlikləri, revmokardit, anadangəlmə ürək qüsurları, dərin venaların trombozu və ağciyərlərin emboliyası. ÜDX-in əsas təzahürü stenokardiyadır. Son zamanlar bu xəstəliyin çox “cavanlaşması” müşahidə olunur.
ÜDX və onların ağırlaşmalarının effektiv profilaktikası üçün cəmi 6 qayda yerinə yetirilməlidir: Arterial təzyiqinizi nəzarətdə saxlayın; Xolesterinin səviyyəsinə nəzarət edin; Düzgün qidalanın; Fiziki hərəkətlərlə məşğul olun: hətta az hərəkət hərəkətsizlikdən daha yaxşıdır; Siqaret çəkməyin, əgər artıq çəkirsinizsə nə qədər çətin olsa da atmağa çalışın.
ÜDX-dən əziyyət çəkən və ya bu xəstəliklərin əmələ gəlmə riski yüksək olan insanların (bir və ya bir neçə risk faktoru olanlar, məsələn, yüksək arterial təzyiq, diabet, hiperlipidemiya) erkən aşkarlanmaya və həkim məsləhətinə, eyni zamanda lazım olduqda müvafiq dərman preparatlarının qəbuluna ehtiyacı var.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Realpress.az
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.