"JARA 2019"un kralı Kirkorov, kraliçası isə Aygün Kazımova oldu - FOTO

"JARA 2019"un kralı Kirkorov, kraliçası isə Aygün Kazımova oldu - FOTO
27 İyul 2019 11:47

Bakıda keçirilən "JARA-2019" Beynəxalq Musiqi Festivalı yenə maraqlı sürprizlərlə doludur.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə möhtəşəm şou tədbirin sürprizini Rusiyanın Xalq artisti Filipp Kirkorov və Azərbaycanın Xalq artisti Aygün Kazımova təqdim edib.

F.Kirkorov azərbaycanlı həmkarını əsl kraliça, "diva" adlandırıb. Festivala isə birgə ifa etdikləri yeni mahnı ilə damğa vurublar. Mahnı "Calma" adlanır. Estrada ulduzları bu mahnıya klip də çəkdirəcəklərini bildiriblər.

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir.


20 Avq 2019
Şou-biznes

Kayahanın 22 ilik həyat yoldaşı ərə gedir — FOTO

Mərhum bəstəkar-müğənni Kayahanın həyat yoldaşı İpek Açar aialə qurmağa hazırlaşır.

19 Avq 2019
Şou-biznes

“Maşın” realiti şousu yenidən başlayır

Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

19 Avq 2019
Şou-biznes

Məlahət Abbasova ATV-dən getdi

Əməkdar artist Məlahət Abbasova bu mövsüm də aparıcılıq fəaliyyətini davam etdirəcək.