Məşhurlar “Jara-2019”un qırmızı xalısında - VİDEO

Məşhurlar “Jara-2019”un qırmızı xalısında - VİDEO
29 İyul 2019 09:03

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü - iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:

-“İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.

-Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?

-Musiqinin, ümumiyyətlə, zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.

-Leyla xanım, artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?

-İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.

Xalq artisti Emin Ağalarov ötən əsrin 90-cı illərinin bu gün ifa ediləcək hitlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib.

Qeyd edək ki, festivalın üçüncü günü Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov, Anna Sedokova, İrina Dubtsova, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber, Slava, “MBAND”, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens”, “Rondo”, “Hi-Fi” qrupları və başqaları qırmızı xalı üzərindən keçiblər.

Xalıdan keçən məşhur ifaçılar “Jara-2019”la bağlı təəssüratlarını bölüşüb, festivalda ifaların əsl bayram əhval-ruhiyyəsi yaratdığını qeyd ediblər. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından söz açıblar.

Qeyd edək ki, hər dəfə rəngarəng ifalarla tamaşaçıları heyrətləndirən festivala ildən-ilə maraq artmaqdadır. Festival iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini söyləyirlər. 































20 Avq 2019
Şou-biznes

Kayahanın 22 ilik həyat yoldaşı ərə gedir — FOTO

Mərhum bəstəkar-müğənni Kayahanın həyat yoldaşı İpek Açar aialə qurmağa hazırlaşır.

19 Avq 2019
Şou-biznes

“Maşın” realiti şousu yenidən başlayır

Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

19 Avq 2019
Şou-biznes

Məlahət Abbasova ATV-dən getdi

Əməkdar artist Məlahət Abbasova bu mövsüm də aparıcılıq fəaliyyətini davam etdirəcək.