BİZ GÖBƏLƏKDƏN QORUNURUQMU?

BİZ GÖBƏLƏKDƏN QORUNURUQMU?
30 İyul 2019 15:00

BİZ GÖBƏLƏKDƏN QORUNURUQMU?

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,yay aylarında, şəhərdə açıq ayaqqabılarla, çimərlikdə çılpaq ayağımızla gəzirik və göbələk xəstəliyinin təhlükəsi barədə unuduruq. Göbələklə yoluxmaq asandır, lakin müalicəsi çox vaxt aparır.

Ayaq göbələk infeksiyası və ya mikozu - ayaqların, dırnaqların, barmaq arası nahiyyənin ən çox yayılmış xəstəliklərindən biridir. Rəsmi statistik məlumatlara görə, əhalinin 35%-i bu infeksiyaya yoluxur. Ancaq bütün xəstələr ayaqlarında  göbələk xəstəliyinin olduğunu dərhal hiss etmir, buna görə də  həkimə müraciət üçün tələsmirlər. Həkimə problem nəzərəçarpacaq hala gəldikdə müraciət edirlər. Bu da əlbəttə ki, müalicə müddəti uzanmasına və müalicənin çətinləşməsinə gətirib çıxarır.

Bir insan ayaqlarında göbələk xəstəliyinin olmasını necə anlaya bilər? İlk görünən əlamətlər qızartı, qaşınma və ayaq dərisində yanğı hissi, barmaqlar arasında çatlarıdır. Dırnaqlara da, xüsusi diqqət yetirmək lazımdır, çünki bu zaman dırnaqda da struktur dəyişikliyi baş verir, dırnaq qalınlaşır, qırılır, rəngi dəyişir, dırnağın ətrafında dəri şişir və qızarır. Spesifik qoxu əmələ gəlir.

Bu nə üçün baş verir, biz harada və necə yoluxuruq? Risk zonasına ictimai yerlər, su kompleksləri, idman zalları, paltardəyişmə otaqları, sauna, hamam və çimərlikləri aid etmək olar. Yoluxmamaq üçün başqalarının ayaqqabıları geyinilməməli, ictimai yerlərdə ayaqyalın gəzilməməlidir. Əlbəttə ki, manikür aksesuarlarını dezinfeksiya etməyi də unutmayın. Bundan əlavə həddindən artıq tərləmə, immunitetin aşağı olması, endokrin sistemdə olan pozulmalar, xroniki xəstəliklər, diabet, hipo və avitominozlar və QİÇS də göbələk infeksiyalarına səbəb ola bilər.

Göbələk infeksiyasına yoluxmamaq üçün nə edilməlidir? Gigiyena qaydalarına ciddi riayət edilməli, əllərə və  ayaqlara qulluq edilməlidir. Manikür və pedikür edildikdə avadanlıqların təmizliyinə diqqət edilməlidir. Yoluxma riskinin geydiyimiz ayaqqabılardan asılı olduğunu bilmək lazımdır, ayaqqabı seçərkən təbii materiallara üstünlük verilməlidir. Həddindən artıq tərləməyə, əllərin və ayaqların quruluğuna qarşı mübarizə aparmaq və  yastıpəncəliliyi müalicə etmək lazımdır. Uzunmüddətli antibiotikoterapiya və hormonal preparatlar qəbul edən şəxslərdə profilaktik müalicə aparmaq lazımdır.

Göbələk infeksiyası nə qədər müddətə müalicə edilir? Təkrar xəstələnmə mümkündürmü? Düzgün müalicə dərinin və dırnaqların zərər görmüş sahəsi nəzərə alınaraq, yalnız dermatoveneroloq tərəfindən təyin edilir. Xəstəliyin müalicəsi uzun müddətdir. Dəri göbələyinin müalicəsi orta hesabla 14-21 gün davam edir və il ərzində xəstə dinamik müşahidə olunur. Dırnaq göbələyinin müalicəsi, zədələnmədən asılı olaraq 6-8 aya qədər davam edir. Xəstənin dinamik müşahidəsi isə 2 ilədək davam edə bilər. Göbələk infeksiyasına təkrar yoluxma halı mümkündür.

Yaddan çıxartmaq lazım deyil ki, göbələk xəstəliyi ilə zədələnmiş dırnaqlara malik insanlar ümumi ev əşyaları vasitəsilə, uşaqlar da daxil olmaqla, sevdikləri üçün təhlükə yaradırlar.

 Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


9 Avq 2019
Səhiyyə - Sağlamlıq

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

9 Avq 2019
Səhiyyə - Sağlamlıq

Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI

Türkiyəli stomatoloq Alper Dilek diş çöplərinin dişlərə vurduğu zərərlərdən danışıb.

6 Avq 2019
Səhiyyə - Sağlamlıq

İSHAL - YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI.

İshal (diareya) - bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı ishal hesab edilir.

5 Avq 2019
Səhiyyə - Sağlamlıq

 “BAĞIRSAQ QRİPİ” NƏDİR?

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,bağırsaq qripi, çirkli əllərin xəstəliyi də adlandırılır.

5 Avq 2019
Səhiyyə - Sağlamlıq

Müqəddəs Quranda adı çəkilən meyvə - ƏNCİR

Əncir meyvəsinin tərkibindəki efir yağı qanın qatılaşmasının qarşısını alır. Əgər siz bir ay ərzində gündə bir əncir yesəz, bunun təsirini tez bir zamanda hiss edə bilərsiniz.