İSHAL - YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI.

İSHAL - YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI.
06 Avq 2019 11:06

İSHAL - YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI.

İshal (diareya) - bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı ishal hesab edilir.

İshalın əsas səbəbləri:

-qida zəhərlənmələri;

-virus və bakterial infeksiyalar (rotavirus, adenovirus, stafilokokk, salmonella, bağırsaq çöpü və s.);

-həzm  sistemi orqanlarının xəstəlikləri (qastrit, pankreatit, kolit, enterit və s.);

-hormonal pozulmalar, bəzi dərman preparatlarının (o cümlədən antibiotiklərin) qəbulu;

-stress, qorxu, həyəcan;

-səyahət (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər).

İshal xüsusən,  yay aylarında insanların  ən çox üzləşdiyi problemlərdən biridir. Bu zaman yaranan ishalın səbəbləri isti hava, meyvə və tərəvəzlərin bol olması, bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu və digərləridir.

İshalın əlamətləri. İshalın əlamətlərinə aiddir duru və tez-tez nəcis ifrazı, qarında ağrı, kop, ürəkbulanma, qusma, hərarətin yüksəlməsi, halsızlıq, bədənin susuzlaşması.

Yaşlı insanlarda ishal mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxa bildiyi halda, uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda ishal tez bir zamanda bədənin susuzlaşmasına gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya hər il milyonlarla insanın həyatını alır.

İshalın müalicəsi. İshalın müalicəsində ən vacib  maye və elektrolit itkisini bərpa etməkdir. Çoxlu miqdarda elektrolitlərlə zəngin maye qəbul edilməlidir. Qazlı və spirtli içkilər, kəskin qidalar qəbul etməməli. Düyü, çörək suxarısı, banan ishal zamanı faydalı ola bilər.

İshalı aradan qaldırmaq üçün antimikrob vasitələrdən, probiotiklərdən, enterosorbentlərdən, bağırsağın hərəkətini azaldan dərman vasitələrindən (infeksion mənşəli ishallarda iatifadə etmək olmaz)  və s. istifadə oluna bilər.

İshalın müalicəsində faydalı bakteriyaların aktiv kulturası (probiotiklər) ishala səbəb olan bakteriyalarla mübarizə aparır, bağırsağın fəaliyyətini normallaşdırır, ishalın kəskinliyini və onun davametmə müddətini azaldır.

İshal 5 gün ərzində (uşaqlarda 2 gün) keçmirsə, nəcisdə qan və ya irin olarsa, susuzlaşma əlamətləri varsa, hərarət 38 °C-dən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Materiallardan istifadə olunduqda www.kanonaptek.az saytına istinad olunma mütləqdir.

Realpress.az



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.