Ermənilər Kiprdə "Qarabağ"a qarşı təxribata başladı

Ermənilər Kiprdə "Qarabağ"a qarşı təxribata başladı
06 Avq 2019 11:54

Ağdamın "Qarabağ" klubu bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubunun qonağı olacaq.

Realpress.az sportal.az-a istinadən xəbər verir ki, oyundan öncə Kipr-Erməni Beynəlxalq Komitəsi "Qarabağ"la bağlı bəyanat yayıb. Bəyanatda saxta məlumatlar yer alıb. Dağlıq Qarabağ erməni bölgəsi kimi təqdim edilib. Ermənilər tarixən Azərbaycan-Türkiyə qətliamına məruz qaldıqlarını yazıda bildiriblər.

Bakı vaxtı ilə 21:00-da Nikosiyadakı GSP stadionunda keçiriləcək oyunda ermənilərin təxribata əl atacağı istisna deyil.

2012-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin APOEL-lə səfər görüşündə də meydan sahiblərinin azarkeşləri təxribata əl atmışdı. Ancaq "ağ-qaralar" 3:1 hesabı ilə qalib gələrək, Azərbaycan futbolunda ilkə imza atmışdı. "Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubu oldu.

Sonuncu dəfə "Qarabağ"ın "Arsenal"la səfər oyununda meydana erməni azarkeş daxil olmuşdu. Əlində qondarma Dağlıq Qarabağ bayrağı ilə meydana daxil olan azarkeşə Emreyts stadionuna giriş ömürlük qadağan edilib.


20 Avq 2019
İdman

"Qarabağ" bu gün gedir

Avropa Liqasının pley-off mərhələsində "Linfild"in qonağı olacaq "Qarabağ" bu gün Şimali İrlandiyaya gedəcək.

20 Avq 2019
İdman

“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?

"Qarabağ"ın Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi "Azərsun Arena" təmirə bağlanır.

20 Avq 2019
İdman

Çempionlar Liqasında pley-off mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

19 Avq 2019
İdman

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT