Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR

Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR
07 Avq 2019 10:27

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Realpress.az oxu.az-a istinadən verdiyi xəbərə görə, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından güllə yarası alıb.

Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin əməkdaşları cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.