Yəməndə Prezident sarayı qarşısında atışma: ölənlər var

Yəməndə Prezident sarayı qarşısında atışma: ölənlər var
07 Avq 2019 17:44


Yəmənin Ədən şəhərində Prezident sarayının qarşısında silahlı toqquşma baş verib.

“Al Jazeera” telekanalı xəbər verir ki, atışma nəticəsində ölənlər və yaralananlar var.

Atışma Prezident sarayının mühafizəsi və silahlı polis dəstələrindən biri arasında baş verib.

Hadisə nəticəsində azı üç hərbçi yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Silahlı qarşıdurmanın səbəbləri hələlik bilinmir.