Rusiyada lokal hərbi şəbəkələri qoruyacaq kiberqoşunlar yaradılacaq

Rusiyada lokal hərbi şəbəkələri qoruyacaq kiberqoşunlar yaradılacaq
09 Avq 2019 15:10

Rusiya Silahlı Qüvvələri vəzifəsi lokal hərbi şəbəkələrin mühafizəsi və proqram hücumlarının dəf edilməsi olacaq xüsusi bölmələr yaratmağa başlayıb. Belə ki, “hərbi internet”in mühafizəsi üçün ölkənin Müdafiə Nazirliyi ali texniki təhsilə malik zabitlərdən ibarət kiberqoşunlar hazırlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, lokal hərbi şəbəkələrin əsas problemi onların ənənəvi prinsip üzrə qurulmasındadır. Belə şəbəkə texniki baxımdan radiosiqnal şüalanması vasitəsilə aşkarlandıqdan sonra hakerlər ona müdaxilə edə və işinə mane ola bilərlər. “Wi-Fi” şəbəkəsinə müdaxilə isə trafikin dinlənilməsi və idarəetmə sisteminin ələ keçirilməsi ilə nəticələnər.

 

Plana görə, bütün səhra idarəetmə məntəqələri çoxsəviyyəli mühafizə sistemi ilə təchiz ediləcək. Şəbəkələrarası ekran daxil olan trafiki verilmiş şablon ilə müqayisə edəcək və onu buraxmaq və ya qadağan etməklə bağlı qərar qəbul edəcək. Xüsusi hazırlanmış antiviruslar zərərli proqramların qanunsuz müdaxiləsinin izlənilməsi ilə məşğul olacaqlar. Bundan əlavə, xüsusi proqram təminatı və avadanlıq müdaxilənin və ya trafikin ələ keçirilməsi cəhdinin hansı nöqtədən həyata keçirildiyini müəyyənləşdirəcək. İstənilən oxşar müdaxilə barədə operatora bildiriş və şəbəkənin yenidən qurulması üzrə bir neçə variant göndəriləcək.

 

Yeni qoşunların effektivliyinin sınağı üçün əsas obyektlərdən biri Müdafiə Nazirliyi tərəfindən hazırlanan “hərbi internet” layihəsi olacaq. Layihənin bir müddət əvvəl keçirilən sınaqları zamanı məlumatlar saniyədə 300 meqabit sürətlə ötürülüb, audio və videofayl mübadiləsi isə 2 min kilometr məsafədə aparılıb. Mütəxəssislərin sözlərinə görə, belə şəbəkəyə qanunsuz müdaxilə qeyri-mümkündür. Belə ki, o, haker hücumları və kənar müdaxilələrdən etibarlı qorunur.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.