Tramp ABŞ-la bağlı xəbərdarlıqlara səssiz qalmayacaq

Tramp ABŞ-la bağlı xəbərdarlıqlara səssiz qalmayacaq
10 Avq 2019 16:42



ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrin ABŞ-a səfərin təhlükəli olması ilə bağlı xəbərdarlıqlarına cavab verib. Bu xəbərdarlıqlar bir neçə kütləvi atışma hallarına görə ortaya çıxıb.

Bu barədə “The Hill” yazır.

Siyasətçinin sözlərinə görə, o, bu cür xəbərdarlıqların olduğuna inana bilmir. Lakin bu halda Vaşinqton “qarşılıq” verəcək.

Prezident qeyd edib ki, ABŞ tərəfi onun barəsində olan neqativ hərəkətlərə qarşı hər zaman cavab verib.

Daha əvvəl Yaponiya öz vətəndaşlarına ABŞ ərazisində silahlı insidentlərin mümkünlüyü barədə xəbərdarlıq edib və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi məsləhət görüb.

Uruqvay XİN isə öz vətəndaşlarına Birləşmiş Ştatlarda olarkən nifrət zəminində zorakılıq və cinayət səviyyəsinin artması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Buna bənzər xəbərdarlığı Venesuela hakimiyyəti də yayıb. Çin isə bu cür xəbərdarlığı axırıncı atışma hadisələrindən əvvəl edib.

Realpress.az

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.