Hacıqabul sakini özünü asıb

Hacıqabul sakini özünü asıb
10 Avq 2019 16:46



Hacıqabul rayonunda intihar hadisəsi baş verib. 

realpress.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. 

Hadisənin səbəbləri hələ məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.