Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş sərgi - FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş sərgi - FOTO
14 Avq 2019 14:17



Dövlət Bayrağı Meydanının yaxınlığında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilir.

realpress.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında ictimaiyyətə geniş məlumat verilir.

Həmçinin, şəhər sakinləri, xüsusən də gənclər və yeniyetmələr Azərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizəsi tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumatlandırılır.

Sərgidə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçuş aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizəsi və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunur.

Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.