"Liverpul"un qapıçısını Türkiyədə azarkeş zədələyib - VİDEO

"Liverpul"un qapıçısını Türkiyədə azarkeş zədələyib - VİDEO
16 Avq 2019 17:22



İngiltərənin "Liverpul" klubu daha bir qapıçı şoku yaşayıb. İkinci qapıçı kimi alınmış ispaniyalı Adrian da zədələnib.

realpress.az xəbər verir ki, bu gün İngiltərə Premyer Liqasının "Sauthempton" – "Liverpul" görüşündən əvvəl keçirilən mətbuat konfransında Liverpul komandasının almaniyalı baş məşqçisi Yürgen Klop İstanbulda keçirilmiş UEFA Super Kuboku matçından sonra komanda ilə qələbəni qeyd etmək üçün meydançaya qaçmış fanatın Adrianın topuğunu zədələdiyini bildirib:

"Başa düşə bilmirəm ki, biz nə vaxtsa bir yerdə olanda niyə azarkeş bizə tərəf tullanır. O, sürüşən zaman Adrianın topuğunu zədələyib. Adrianın topuğu şişib.

Şübhəsiz, biz azarkeşlərimizi sevirik. Ancaq onlar belə hərəkətləri dayandırmalıdır. Bu, əyləncəli deyil. Stadionlarda hasarların olmaması yaxşı haldır. Ancaq burada bəzi fanatlardan məsuliyyət hiss də tələb olunur. "Norviç"lə matçda, İstanbulda adamlar meydançaya qaçır. Çempionlar Liqasının finalında qız, yəqin ki, bunu pul üçün etdi. Amma fanatlar bunun üçün çox məsuliyyətli olmalıdır".

Qeyd edək ki, "Liverpul"un əsas qapıçısı Alison "Norviç"lə matçın əvvəllərində zədələnib. Onun nə vaxt qayıdacağı bilinmir. 32 yaşlı Adrian isə "Çelsi" ilə matçın penaltilər seriyasında "Çelsi"nin hücumçusu Tami Abrahamın zərbəsini dəf etməklə qələbənin memarı hesab edilib.

Komandada bu yay qısa müddətlik alınmış 35 yaşlı təcrübəli Endi Loderqan və 20 yaşlı təcrübəsiz irlandiyalı Kaoimhin Keleher kimi qapıçılar da var.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.