Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA

Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA
18 Avq 2019 15:47


Ucar rayonunun Çiyni kəndi ərazisində yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqun axtarışları davam edir.

realpress.az xəbər verir ki, sakinlər arasında onun tutulması haqqında şayiələr yayılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli realpress.az-a açıqlamasında xəbəri təkzib edib: "Çiyni kəndi ərazisində artıq neçə gündür ki, polis postları qurulub. Amma hələ ki, deyilən naməlum məxluq görünməyib. Axtarışlar aparılır".

Qeyd edək ki, rayon sakinləri gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybətin olduğunu iddia edirlər. Buna görə qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxduqlarını bildiriblər.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.