Robot it komandalara reaksiya verir

Robot it komandalara reaksiya verir
19 Avq 2019 09:40

ABŞ-ın Florida Atlantik Universitetinin alimləri dərin təlim və süni intellekt texnologiyası vasitəsilə "Astro" adlı robot it yaradıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, bu, kompüterləşdirilmiş beyinlə təchiz edilən yeganə unikal robotdur. Mütəxəssislərin sözlərinə görə, "Astro" təhlükəsizlik qüvvələrinə qadağan edilmiş əşyaların aşkarlanması, eləcə də təbii fəlakət yerlərinin axtarışı zamanı kömək üçün nəzərdə tutulub. Ondan, həmçinin bələdçi it kimi istifadə mümkündür.

 

Məlumata görə, "Astro" robotunu əvvəlcədən proqramlaşdırmağa ehtiyac yoxdur. Bunun əvəzinə o, süni beyin sayəsində canlı küçük kimi öyrənəcək. Dərin təlim neyron şəbəkəsi faydalı tapşırıqların yerinə yetirilməsi üçün minlərlə növ təcrübə mənimsəyə bilir. "Astro" robotunun çoxlu ötürücülərlə (kamerlar, yönəldilmiş mikrofon, qaz ötürücüləri və radiolokasiya təsvirləri) təchiz edilməsi ona real vaxt rejimində ətraf mühitlə ünsiyyət qurmağa imkan verir.

 

Tədqiqatçıların sözlərinə görə, "Astro" müxtəlif dilləri başa düşür, rəngləri və insan sifətlərini fərqləndirir, jestlərə reaksiya verir və uyğun dronlarla öz işini koordinasiya edir. "Astro" robotu beynin tədqiqində davranış, neyrofizioloji və hesablama yanaşmalarının daxil olduğu koqnitiv neyrobiologiyada zəhmətli iş və geniş təcrübə nəticəsində ərsəyə gəlib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.