Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək
20 Avq 2019 15:58

Atası təhsil almasına mane olsa da, Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan 18 yaşlı Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yardım ediləcək.

Bu barədə realpress.az-a universitetdən məlumat verilib.

"THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd, hər ay pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, O.Bağırzadə ali məktəbə qəbul olsa da, atası attestatını götürərək onun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin məsələyə müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb. 

Realpress.az istinadla bildirir ki, o.Bağırzadə Oxu.Az-a açıqlamasında atasının bu addımını ögey bacısının ali məktəbə daxil ola bilməməsi ilə əlaqələndirib.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.