Facebook qrupları yenilənir

Facebook qrupları yenilənir
21 Avq 2019 09:26

Facebook istifadəçilər tərəfindən hələ də fəal istifadə olunan qrupların xüsusiyyətlərini inkişaf etdirməyə davam edir. Yeni xüsusiyyət ilə qrupların məxfilik seçimləri indi nişanlar olan istifadəçilərə göstəriləcəkdir.

Realpress.az chip.az-a istinadən bildirir ki, dünyanın ən populyar sosial media platforması olan Facebook-dakı "qruplar" yenilənir. Facebookun işlədiyi xüsusiyyətlər ilə qruplara həm yeni nişanlar, həm də yeni idarəetmə variantları əlavə olunur.

Facebook'a görə bu yeni xüsusiyyətin tətbiqi ilə istifadəçilər bir qrupa qoşulmaq istədikdə gizlilik xüsusiyyətlərini vizual olaraq anlaya biləcəklər.

Facebook-a əlavə olunacaq nişanlar bu kimi görünəcək:

Bu nişanlar əsasında idarəçilər sadəcə qruplarının məxfilik seçimlərini təyin edəcəklər. Məsələn, bir idarəçi qrupun parametrlərini "Açıq və görünən" olaraq təyin etdikdə qrupu hər kəs tapa bilər və ya "Şəxsi və gizli" olaraq təyin edildikdə qrupa giriş yalnız üzvlər tərəfindən təmin ediləcəkdir.

Facebook-un işlədiyi bu xüsusiyyət həm idarəçilər, həm də istifadəçilər üçün əlverişli bir rahatlıq təmin edəcək. Qrupların məxfiliyini və təhlükəsizlik parametrlərini başa düşməkdə çətinlik çəkən idarəçilər birlikdə parametrləri vizual olaraq öyrənə biləcəklər. Bütün bunlara əlavə olaraq, paylaşımlar Facebook-un süni intellekt alqoritmləri tərəfindən süzüləcəkdir.

Xüsusiyyətlərin nə vaxt olacağı hələ məlum deyil.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.