Videomüşahidə sistemləri üçün süni intellekt həlli hazırlanır

Videomüşahidə sistemləri üçün süni intellekt həlli hazırlanır
21 Avq 2019 09:38

“NetApp” və “Bosch Building Technologies” şirkətləri müasir videomüşahidə sistemləri üçün təhlükəsizlik sahəsində yüksək məhsuldarlıqlı həllin hazırlanması üzrə birgə layihənin icrasına başlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, “Bosch Video Management System” (BVMS) adlanan platformaya “Bosch Video Recording Manager” (VRM) şəbəkə həlli və “NetApp E-Series Hybrid Flash Arrays” hibrid fləş-massivləri daxildir.

 

“NetApp” əməliyyat sistemi müxtəlif mənbələrdən məlumat axınlarını birbaşa yüksək saxlama sıxlığına malik kompakt formatlı saxlanca yazır. Platforma virtuallaşdırma vasitələri sayəsində bütün diskləri bir böyük məlumat saxlama massivi kimi idarə edir.

 

Nəticədə videolar və ehtiyat surət saxlama bazaları arasında toplayıcıda nasazlıq yarandığı təqdirdə işi davam etdirməyə imkan verən balans yaranır. Bundan başqa, sistem miqyaslama imkanlarına malikdir.

 

Bildirilir ki, “Bosch Video Management System” sistemi daha təhlükəsiz dünyanın qurulması üçün real vaxt rejimində əldə edilən məlumatlardan, süni intellekt və “Əşyalar interneti” imkanlarından istifadə edir.

 

Platformanın üstünlükləri arasında qeyri-məhdud sayda kameraların qoşulması imkanı və əlavə iş yüklərinin detallaşdırılmış göstərilmə funksiyaları qeyd olunur. Məlumatlardan yüksək səviyyədə istifadə kameradan fiziki bölünmüş məlumat saxlama nöqtələrinə yönəldilən müxtəlif keyfiyyətli iki videonun eyni anda yazılması sayəsində təmin edilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.