“Microsoft” şirkəti spam mesajlarını filterdən keçirmək imkanına malik proqram təqdim edib

“Microsoft” şirkəti spam mesajlarını filterdən keçirmək imkanına malik proqram təqdim edib
21 Avq 2019 11:27

“Microsoft” şirkəti spam mesajları filterdən keçirmək imkanına malik "SMS Organizer" mobil tətbiqini “Android” sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatan edib. “SMS Organizer” proqramının daha bir faydalı funksiyası SMS mesajların avtomatik çeşidlənməsi və onların ayrı-ayrı qovluqlara yerləşdirilməsidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni tətbiq “Microsoft Garage” eksperimental laboratoriyasının məhsuludur. Kompüter təlimi alqoritmlərindən istifadə edən mobil proqram endirim və aksiyalar haqqında SMS mesajlarını xüsusi kateqoriyaya yerləşdirir, adi mesajları isə daxil olanlar qutusunda saxlayır. Aviabiletlər, mehmanxana nömrələri, restoran və teatrlarda yerlərin öncədən bron edilməsi haqqında mesajlar, həmçinin bankdan göndərilən SMS bildirişlər avtomatik şəkildə müvafiq bölmələrə yerləşdirilir.

 

“SMS Organizer” tətbiqinin istifadəçiləri arzuolunmaz mesaj göndərənləri qara siyahıya daxil edə, SMS mesajları seçilmişlər siyahısına əlavə edə və köhnə mesajları arxivləşdirə bilərlər. İstəkdən asılı olaraq, "Google Disk"də (yalnız SMS mesajları dəstəkləyir) arxiv yaratmaq mümkündür. Bundan sonra ehtiyat surətini başqa qurğuda bərpa etmək mümkün olacaq.

 

“SMS Organizer” tətbiqi artıq “Google Play” mağazasında əlçatandır. Lakin hələ ki yalnız ABŞ, Böyük Britaniya və Avstraliya sakinləri yeni proqramdan istifadə edə bilərlər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.