Bakıda şok hadisə - sürücü yol polisinə dönər bıçağı ilə hücum etdi

Bakıda şok hadisə - sürücü yol polisinə dönər bıçağı ilə hücum etdi
21 Avq 2019 14:35

Bakıda avtoxuliqanlıq edən sürücü polisə dönər bıçağı ilə hücum edib.

Realpress.az "Report"a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yaradılıb və nəticədə avtomobil metronun "28 may" stansiyası yaxınlığında saxlanılıb.

Sürücünün əvvəllər məhkum olunmuş Bakı sakini Məmmədəli Turabov olduğu müəyyən edilib.

M.Turabov avtomobildən enərək yaxınlıqdakı dönərxanadan dönər bıçağını götürüb və YPX əməkdaşlarının üzərinə hücum edib. Bunun qarşısı alınıb. Daha sona isə M.Turabov özünə xəsarət yetirmək istəyib.

Polislərin sayıqlığı nəticəsində onun bu əməlinin də qarşısı alınıb.

M.Turabov saxlanılaraq polis bölməsinə təhvil verilib. 

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.