Bakıda yeni liftlər: brayl əlifbası ilə təchiz olunub - FOTO

Bakıda yeni liftlər: brayl əlifbası ilə təchiz olunub - FOTO
21 Avq 2019 15:07


Bu il Bakı şəhərinə müqavilə əsasında 542 liftin gətirilməsi nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyətindən realpress.az-a verilən məlumata görə, keçən ay 63 ədəd lift gətirilərək, pilot layihə kimi paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanılıb.

Eyni zamanda Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür. 

İlkin mərhələdə gətirilən bu liftlər qısa vaxt ərində həm pilot rayon kimi seçilmiş Nizami rayonunda, eləcə də, Qaradağ rayonundakı çoxmərtəbəli binalarda quraşdırılır. Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatmış və burada quraşdırılmış liftlərin Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlarin mütəxəssislərindən ibarət komissiya tərəfindən istismara qəbul işləri görülür.

Eyni zamanda Nizami rayonu Naxıvanski küçəsi və Qara Qarayev prospektindəki 3 yaşayış binalarında da 22 ədəd yeni lift quraşdırılıb, Qaradağ rayonu Müşviq qəsəbəsində və rayondakı "E" yaşayış massivindəki binalarda 21 ədəd yeni liftlərin quraşdırılaraq müvafiq qaydada təhvil verilməsi başa çatmaqdadır. Ümumilikdə isə bu gün Nizami rayonunda 39, Qaradağ rayonunda isə 42 ədəd yeni liftin quraşdırılması işi həyata keçirilir. 

Görmə qabiliyyəti məhdud olan şəxslərin liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi. 

Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək.


15 Apr 2024
Cəmiyyət

İmtahan nəticələri elan olundu

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

15 Apr 2024
Cəmiyyət

Azərbaycanda aqrar sektor 1 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

15 Apr 2024
Cəmiyyət

Ötən həftə 476,7 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

15 Apr 2024
Cəmiyyət

Bayram günlərində milli parkları 5 mindən çox turist ziyarət edib

Milli parklara bayram tətili günlərində 5 mindən artıq turist səfər edib.

15 Apr 2024
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6 769 nəfər və ya 0,1 faiz artaraq bu ilin mart ayının 1-i vəziyyətinə 10 187 539 nəfər təşkil edib.